Dünyanın ən bahalı futbolçusu adyalını topdaşıyana verdi – VİDEObackend

İngiltərəli gənc futbolçu Cud Bellinqemin İspaniya kubokunun 1/16 finalında baş tutan “Arandina” – “Real Madrid” oyununda etdiyi hərəkət alqışla qarşılanıb.

Belə ki, ehtiyat oyunçular skamyasında əyləşən “Real”ın yarımmüdafiəçisi öz adyalını soyuqdan üşüyən topdaşıyan uşağa verib.

Dünyanın ən bahalı futbolçusunun bu hərəkəti kameraların obyektivindən yayınmayıb.

Qeyd edək ki, “Arandina” – “Real Madrid” oyunu  “Kral klubu”nun 1:3 hesablı qələbəsi ilə başa çatıb.