HotCars avtomobil portalı 2024-cü ilin ən etibarlı avtomobil markalarını açıqlayıb.
Qeyd olunur ki, 2024-cü ildə 300 mindən çox avtomobilin (2000-2025-ci illər arasında istehsal olunmuş modellər) məlumatları təhlil edilib. Əyləclərin cırıltısı kimi xırda narahatlıqlardan tutmuş, elektriklə işləyən avtomobillərdə ciddi mühərrik, transmissiya və akkumulyator nasazlığına qədər problemlərin siyahısı tərtib edilib.
Beləliklə, avtomobillərinin etibarlılığı 68 balla qiymətləndirilən reytinqdə Yaponiyanın Subaru şirkəti birinci yerdədir. Bu markanın modelləri yüksək tikinti keyfiyyətinə malikdir. Bundan əlavə, maşınlar davamlıdır.
İkinci yerdə 65 xalla Lexus qərarlaşıb. Bu avtomobillər ən yüksək etibarlılığı və rahatlığı birləşdirir. Üstəlik, yalnız ənənəvi mühərrikləri olan modellər etibarlılığı ilə deyil, həm də hibrid modifikasiyaları ilə məşhurdur.
Şərəfli üçüncü yeri şəksiz etibarlılıq kralı adlandırılan Toyota qazandı. Toyota-nın 2024-cü ildə etibarlılıq reytinqi 62 idi.