Dünyanın birinci raketkası, italiyalı Jannik Sinner Nyu-Yorkda keçirilən ABŞ Açıq çempionatının yarımfinal görüşündə Cek Draperə qalib gəlib.
3 saat 3 dəqiqə davam edən görüş 7:5, 7:6 (7:3), 6:2 hesabı ilə başa çatıb.
Turnirin əsas qarşılaşmasında Sinner amerikalılar Frensis Tiafoe və Taylor Fritz arasındakı görüşün qalibi ilə oynayacaq. O, ABŞ Açıq çempionatının finalında oynayan ilk italiyalı olacaq.
1/4 finalda Jannik Sinner rusiyalı tennisçi Daniil Medvedevi dörd setdə 6:2, 1:6, 6:1, 6:4 hesabı ilə məğlub edib.
Mənbə: NTV Spor