Telegram messencerinin yaradıcısı Pavel Durov bildirib ki, istifadəçilər arasında çoxlu çat və kanalları olan qovluqları göndərməyə imkan verən yeni funksiya sonda digər messencerlərdə və sosial şəbəkələrdə də görünəcək.
O, bu barədə şəxsi ingilisdilli Telegram kanalında yazıb.
“Unikal demokratik quruluşu və çevikliyi ilə söhbət qovluqları Telegram-ın necə işlədiyini dəyişə bilər. Və yeniliklərimizin əksəriyyəti sonradan sənayenin qalan hissəsi tərəfindən mənimsənildiyi üçün bu xüsusiyyət insanların ünsiyyət tərzini dəyişdirə bilər”, – deyə iş adamı bildirib.
Durov bildirib ki, bir qrup söhbəti paylaşmaq imkanı “Telegram-a tamamilə yeni ölçü əlavə edir”. Sahibkar hansı messencerlərin və sosial şəbəkələrin onun funksiyasını inkişafa apara biləcəyini birbaşa açıqlamasa da, əvvəllər WhatsApp-ın Telegram-ın imkanlarını kopyaladığını dəfələrlə qeyd edib.
“Qovluq təşkilatçısı dəvət olunanlardan hansının hansı söhbətləri görəcəyini seçərək müxtəlif giriş səviyyələrini təyin edə bilər. Bu dəvəti qəbul edənlər qovluqda və ya əsas chat siyahısında hansı çatları görmək istədiklərini seçə bilərlər”.

