Düşmən Mingəçevirə raket atdı – RƏSMİbackend

Düşmən Mingəçevirə raket zərbəsi endirib.

Bununla bağlı “Twitter” hesabında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

“Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir. Bir neçə dəqiqə əvvəl Ermənistan Silahlı Qüvvələrin Azərbaycanın sənaye şəhəri Mingəçevirə raket zərbəsi endiriblər. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası yerləşir. Çarəsizliyin barbar şəkildə ifadəsi!”

İctimai.az