Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandıbackend

Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 93 nəfər həlak olub, 407 nəfər yaralanıb.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 3326 yaşayış evi dağıdılıb.

Həmçinin, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

İctimai.az