DxOMark Vivo X200 Ultra-nın kamera imkanlarını qiymətləndiribbackend

DxOMark laboratoriyasının mütəxəssisləri flaqman Vivo X200 Ultra smartfonunun kamerasını sınaqdan keçirərək, ümumi kamera reytinqində cihaza 167 bal verib.

Bu barədə IXBT məlumat yayıb.

167 xalın nəticəsi smartfonu dünyanın ən yaxşı kameralı telefonları arasında ikinci yerə çıxarıb – flaqman yalnız Oppo Find X8 Ultra-dan (169 xal) geri qalır. Eyni zamanda, onun ən yaxın rəqibləri daha təvazökar xallar alıblar: Huawei Pura 70 Ultra – 163 bal, iPhone 16 Pro Max – 161, Xiaomi 15 Ultra – 159 və Samsung Galaxy S25 Ultra – 151 bal.

DxOMark-a görə, Vivo X200 Ultra-nın əsas üstünlükləri yüksək dəqiqlik və sürətli avtofokus, portret rejimində sahənin təbii dərinliyi, balanslaşdırılmış ekspozisiya və kontrast, eləcə də bütün böyütmə səviyyələrində yüksək təfərrüat səviyyəsidir.

Smartfonun flaqman kamerası Zeiss şirkəti ilə birgə hazırlanıb və üç sensorla təchiz edilib: ikisi 50 MP, üçüncüsü 200 MP təsvir ölçüsünə malikdir.