Kürdəmir rayon sakini Ramal Bəşirovu idarə etdiyi VAZ-2107 markalı, 99-NG-311 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Davud Cəmilzadənin idarə etdiyi “Mercedes” markalı, 99-RA-093 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.
O bildirib ki, hadisə bu gün saat 13:58-də baş verib.
DİN rəsmisi əlavə edib ki, qəza nəticəsində Ramal Bəşirov, eləcə də mikroavtobusda olan sərnişinlərdən Sübhan Şahin oğlu Rəfiyev və Teyyub Mirəddin oğlu Allahverdiyev xəsarət alıblar.
Hadisə yerinə polis və digər qurumların əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.














