Əbu-Dabi hakimiyyəti vurulan raketin qalıqları nəticəsində ölənlərin olduğunu bildiribbackend

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtına düşən ballistik raketin qalıqları nəticəsində ən azı iki nəfər həlak olub.

Əbu-Dabi hökumətinin mətbuat xidməti bu barədə X sosial media səhifəsindəki açıqlamasında bildirib.

Bəyanatda qeyd olunur ki, “Şəxsiyyətləri hələ müəyyən edilməmiş iki nəfər həlak olub, daha üç nəfər yaralanıb”.

Şəhərdə bir neçə avtomobilə də ziyan dəyib.

Hadisədən sonra hakimiyyət orqanları sakinləri yalnız rəsmi mənbələrdən alınan məlumatlara etibar etməyə çağırıb. Həmçinin vətəndaşlardan təsdiqlənməmiş məlumatlar yaymamalarını xahiş ediblər.