Əbu-Dabidən Bakıya uçan təyyarə geri qayıdırbackend

“Air Arabia Abu Dhabi” aviaşirkətinə məxsus Əbu-Dabi-Bakı marşrutu üzrə (ADY-730 nömrəli reys) uçan təyyarənin geriyə qayıtması qərarı qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hava məkanının bağlanması ilə əlaqədar olaraq təyyarənin kapitanı tərəfindən qəbul olunmuş qərara əsasən, reys marşrut üzrə hərəkətini dayandıraraq bazası olan Əbu-Dabi Beynəlxalq Aeroportuna geri qayıdır.

Qərar uçuş təhlükəsizliyinin prioritetliyi prinsipi əsas götürülərək qəbul olunub.