Əfqanıstan nümayəndə heyəti BRİKS-in Kazanda keçiriləcək sammitində və ya təşkilatın növbəti sammitində iştirak edə bilər.
Bu barədə Taliban hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi Qazaxıstan-Əfqanıstan biznes forumu çərçivəsində TASS müxbirinin müvafiq sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Əfqanıstan faktiki olaraq Kazanda BRİKS sammitində iştirak etmək üçün ərizə ilə məktub yazıb və göndərib, BRİKS rəsmiləri artıq məktubu nəzərdən keçirirlər.
“BRİKS-dən cavab aldıqda və onlar müəyyən qərar qəbul etdikdə, biz öz qərarımızı verəcəyik. Ola bilsin ki, bu dəfə və ya növbəti dəfə iştirak edək”, – deyə Əzizi bildirib.