Ariana News sosial mediada Əfqanıstan silahlı qüvvələrinin Pakistandakı nüvə obyektinə hücum etdiyini bildirib.
Hesabatda qeyd olunur ki, “Kokal rayonundakı (Xeybər Paxtunxva əyaləti) hərbi mərkəzə və başqa bir nüvə obyektinə endirilən zərbələrdən sonra yüzlərlə ölü və yaralı İslamabaddakı PIMS Xəstəxanasına aparılıb”.
Öz növbəsində Pakistan Əfqanıstandakı Barmal rayonuna (Paktika əyaləti) zərbə endirib. Kanalın məlumatına görə, üç mülki şəxs həyati təhlükə yaradan xəsarətlər alıb.















