Əfqanıstan prezidenti bu ölkədə olduğu bildirilirbackend

Əfqanıstan Prezidenti Əşrəf Qəni Kabildən Tacikistanın paytaxtı Düşənbəyə, daha sonra isə Omana uçub.

Bu barədə “Azadlıq Radiosu”nun Tacikstan xidməti məlumat verib.

KİV-də yayılan məlumatlara görə, Qəni Düşənbəyə prezident administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzli və milli təhlükəsizlik müşaviri Həmdullah Mühibə ilə birlikdə uçub. Lakin idarə heyəti Düşənbədən başqa ölkəyə gedib.

Əfqanıstan prezidentinin öz əraziləri üzərindən Tacikistandan Omana uçuşunu Özbəkistan, Türkmənistan və İran koordinasiya edib. Oman Qəniyə siyasi sığınacaq verəcək.

Əfqanıstan Milli İslam Hərəkatının sədri marşal Əbdürəşid Dustum Rohilanın qızı məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qəninin təyyarəsi əvvəl Düşənbənin üzərində dövrə vurub, sonra da Omana uçub.