Tolo News polisə istinadən xəbər verir ki, Əfqanıstanın Pərvan vilayətinin Baqram rayonunda hərbi baza yaxınlığında köhnə döyüş sursatlarının məhv edilməsi nəticəsində partlayış baş verib.
Aviabazada partlayışın sentyabrın 21-də baş verdiyi bildirilir.
Pərvan Əyalət Polis İdarəsi bildirib ki, Baqram rayonunun Çar Qala ərazisində keçmişdən qalan partlayıcılar aşkar edilib, zərərsizləşdirilib və məhv edilib. Partlayış dünən günorta saatlarında baş verib.
Polis həmçinin partlayışın nəzarət altına alındığını və bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.