Beynəlxalq ictimaiyyət Rusiyadan nümunə götürməli və Əfqanıstan İslam Əmirliyini tanımalıdır.
Lenta.Ru xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Möttəki Əfqanıstan üzrə Moskva Məsləhətləşmələr Formatının (MFC) görüşündən sonra bildirib.
“Biz Rusiyanın Əfqanıstan İslam Əmirliyinin tanınması ilə bağlı cəsarətli qərarını alqışlayırıq və ümid edirik ki, digər dövlətlər də bundan nümunə götürəcəklər.