Əhməd Əhmədovun məhkəməsi qapalı keçirildibackend

Bakıda ikisi azyaşlı olmaqla ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun saat 11:00 da keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi heyətin iştirak etməməsi səbəbindən təxirə düşərək nahardan sonraya keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə saat 16:00 da başlayan proses qapalı keçirildiyi üçün jurnalistlər məhkəmə zalına buraxılmayıblar.

Əhməd Əhmədovun vəkili Sənan Hüseynov açıqlamasında məhkəmənin qapalı keçirilməsi məsələsinə münasibət bildirib:

“Oktyabrın 10-da keçiriləcək növbəti prosesdə bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Hüquqi varislərin təhlükəsizliyi ilə bağlı prosesin qapalı keçirilməsinə qərar verildi”.