Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) “Kaspi kids” liseyi uşaqlarının ekskursiyası təşkil olunub.
İctimai.az xəbər verir ki, uşaqları qarşılayan ƏETİ-nin direktoru Faiq Xudayev və direktor müavini Sevinc Məmmədova uşaqlara institut haqqında məlumat veriblər. Sonra çörəyin hazırlanması ilə bağlı cizgi filmi nümayiş olunub. Uşaqlar çörəyin hazırlanma prosesinin aparıldığı “Dənin keyfiyyəti” laboratoriyasına və ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə və texnikalara baxış keçiriblər.
Ekskursiyanın sonunda uşaqlar üçün əylənçəli proqram təşkil olunub.