Ekspert ABŞ-ın tarif siyasətinin Rusiya iqtisadiyyatına təsirini qiymətləndirirbackend

ABŞ-ın idxal etdiyi mal və xidmətlərə tətbiq etdiyi əlavə rüsumlar Rusiya iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir göstərəcək. Bu barədə TASS-a müsahibəsində Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak danışıb.

O qeyd edib ki, ABŞ prezidenti Donald Trampın tədbirlərinin Rusiya iqtisadiyyatına birbaşa təsiri, bir tərəfdən, neftin ucuzlaşması şəklində özünü göstərəcək ki, bu da Rusiya dövlət büdcəsinin gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər. Amma digər tərəfdən yüksək tariflər səbəbindən Rusiya bazarına yönləndirilən Asiya mallarının həcminin artması ilə bağlı müsbət təsir ola bilər.

Ekspertin fikrincə, Amerika tariflərinin nəticəsi ilkin olaraq Çinə rəğbət bəsləməyən bir çox inkişaf etməkdə olan ölkələri Çinə cəlb etmək olacaq.