Böyük imkanlar və yüksək gəlirlər vəd edən kriptovalyutaların müasir dünyasında bir çox təhlükələr gizlənir. Onların arasında təcrübəsiz investorlar üçün əsl tələyə çevrilə bilən piramida sxemləri fərqlənir. Bu barədə Qazeta.Ru-ya kriptovalyutalar və blokçeyn sahəsində ekspert, analitika və fırıldaq sxemlərinin müəyyən edilməsi üzrə ixtisaslaşmış Dmitri Makarovski deyib.
O, kriptovalyutalarda piramida sxemlərinin əlamətlərini sadalayıb.
“Piramida sxeminin ən bariz əlamətlərindən biri risksiz yüksək gəlir vədidir. Əgər layihə bazar vəziyyətindən asılı olmayaraq sizə sabit gəlir təmin edirsə, ehtiyatlı olmalısınız. Etibarlı şirkətlər, xüsusən kriptovalyutalar kimi qeyri-sabit sahədə gəlirə zəmanət verə bilməz”, – ekspert bildirib.
Mənbə: Qazeta.Ru