ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Çinə qarşı çıxmaq üçün Rusiyaya qarşı strategiyasını yumşalda bilər.
Bunu RİA Novosti-yə müsahibəsində politoloq Adriel Kasonta deyib.
“Birləşmiş Ştatların uzunmüddətli məqsədi aydındır: Çinin yüksəlişini məhdudlaşdırmaq. Bu məqsədə çatmaq üçün Tramp administrasiyası Moskvadan Pekinə əks çəki kimi istifadə etmək cəhdi ilə Rusiyaya qarşı mövqeyini yumşalda bilər”, – analitik vurğulayıb.
Kasonta qeyd edib ki, Trampın məqsədi ABŞ-ın dünyada hegemonluğunu saxlamaqdır.
Kasonta hesab edir ki, bu yanaşma qarşıdakı onilliklər ərzində qlobal geosiyasəti dəyişdirə bilər.