Ekspert Türkiyənin NATO-dan “mütləq” çıxmasının səbəbini açıqlayıbbackend

Ankaranın BRİKS-ə inteqrasiya istiqamətində hərəkəti Şimali Atlantika Alyansının xəttindən fərqli olduğu bir vaxtda Türkiyə NATO-dan “mütləq ayrılacaq”.

Bunu RİA Novosti ilə söhbətində analitik Serhat Lətifoğlu deyib.

“Türkiyə BRİKS-ə üzv olacaq. Belə bir niyyət var. Bu, bir NATO ölkəsinin BRİKS-in üzvü olmasının misilsiz nümunəsi olacaq”, – o vurğulayıb.

Analitik əlavə edib ki, Türkiyə Şimali Atlantika Alyansını “mütləq tərk edəcək”, çünki Ankaranın hərbi-siyasi blok çərçivəsində digər NATO üzvlərindən fərqli siyasət yürütdüyü artıq bəllidir.

Bundan əvvəl amerikalı jurnalist Cekson Hinkl bildirib ki, Vaşinqton NATO blokunun əsas üzvü olan Türkiyənin BRİKS-ə qoşulmağa çalışmasından qorxur.