Ekspert Ukraynanın NATO-ya üzv olmaq perspektivini dəyərləndiribbackend

Hətta keçmiş prezident Co Baydenin dövründə də ABŞ Ukraynanın NATO-ya daxil olmasını vəd etmirdi ki, bu mövqe ABŞ-ın xarici siyasəti üçün xarakterikdir və dəyişməyəcək.

Bunu RİA Novosti-yə müsahibəsində ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Batyuk deyib.

“Bayden administrasiyası bununla bağlı Kiyev rejiminə heç nə vəd etməyib”, – o vurğulayıb.

Təhlilçinin fikrincə, müəyyən məsələlərdə ABŞ-da demokratlar və respublikaçılar arasında siyasətin davamlılığının olduğunu söyləmək olar. Batyuk qeyd edib ki, bu, ilk növbədə Ukraynanın NATO-ya daxil olması məsələsinə aiddir.