ABŞ-ın Venesuelaya müdaxiləsinin başlamasından sonra neftin qiyməti qısa müddətdə kəskin şəkildə arta bilər. Bu barədə “İzvestiya” qəzetinə Milli Enerji İnstitutunun baş direktorunun müavini, “İnfoTEK”in baş redaktoru Aleksandr Frolov bildirib.
Onun sözlərinə görə, Venesuela gündə təxminən 600 min barel neft tədarük edir. Bu, əhəmiyyətli həcmdir, lakin gündəlik 104-105 milyon barel qlobal istehlakla müqayisədə bu rəqəm o qədər də ciddi görünmür.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov hesab edir ki, əməliyyat başlayarsa və ya gəmilər Venesuelanın ərazi sularına soxularsa, tankerlər neft yükləmək üçün ölkə sahillərinə yaxınlaşmayacaq. Bundan sonra Karakas neft hasilatını dayandıracaq.
Yuşkov hesab edir ki, Venesuela az neft hasil edib ixrac etsə də, bu, yanacağın qiymətlərini artıracaq.














