Ekvadorun paytaxtı Kitoya KLM aviaşirkətinin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Təyyarə daha əvvəl hava limanına enmişdi.
TASS-ın məlumatına görə, sərnişinlər təxliyə edilib, hüquq-mühafizə orqanları araşdırma aparır.
Polisin Twitter səhifəsində yerləşdirilən mesaja görə, layner Amsterdamdan uçub.
Hazırda polis hava limanının ərazisinə ixtisaslaşmış bölmələr yerləşdirib.
Təyyarənin özü təhlükəsiz yerə müşayiət olunub.
Ecuavisa telekanalının məlumatına görə, hava limanı fəaliyyətini davam etdirir.













