Ekvador parlamenti prezidentinin kobudluğuna görə üzr istəməli olubbackend

Ekvador parlamenti prezident Daniel Noboanın digər Latın Amerikası liderləri haqqında söylədiyi fikirlərə görə üzr istəyib.

Müraciətin yer aldığı sənəd Ekvador qanunverici orqanının saytında dərc olunub.

“Milli Assambleyanın Plenumu 86 lehinə səslə, Respublika Prezidenti Daniel Noboanın El Salvador, Kolumbiya, Çili və Argentina prezidentləri haqqında “The New Yorker” jurnalında dərc olunmuş bəyanatlarını pisləyən qətnaməni təsdiqlədi. ” deyə parlamentarilər bəyan ediblər.

Parlament həmçinin Noboadan digər Latın Amerikası ölkələrinin siyasi şəxsiyyətləri haqqında şəxsi fikir bildirməkdən çəkinməyi tələb edib, çünki bu, ölkənin beynəlxalq imicinə böyük zərbə vurur və ikitərəfli münasibətləri korlayır.

Mənbə: A Haber