Ekvadorda enerji təchizatı 95%-ə qədər bərpa olunubbackend

Ekvadorda elektrik enerjisi təchizatı böyük fasilədən sonra 95%-ə qədər bərpa edilib. Bu barədə ictimai işlər naziri Roberto Luke X sosial şəbəkəsində yazıb.

“Milli səviyyədə, saat 18.41-ə (Moskva vaxtı ilə 2.41) olan məlumatlara görə, enerji artıq 95% bərpa edilib”, – rəsmi yazıb.

Ekvador hökuməti yaxın saatlarda elektrik təchizatını tam bərpa etməyi planlaşdırır.

Mənbə: TASS