Ekvadorda prezident seçkilərində səsvermənin ikinci turu keçiriləcək.
Bu barədə RİA Novosti məlumat yayıb.
Bülletenlərin 12%-dən çoxu işləndikdən sonra məlum olub ki, vətəndaşların 46,79%-i hazırkı dövlət başçısı Daniel Noboaya səs verib. Onun əsas rəqibi, “Vətəndaş İnqilabı” sol hərəkatının namizədi Luisa Qonzales 41,39% səs toplayıb. Onlar aprelin 13-də keçiriləcək seçkilərin ikinci turunda mübarizəni davam etdirəcəklər.
Fevralın 4-də Noboa bildirib ki, o, prezident seçkiləri ərəfəsində təhlükəsizlik məqsədi ilə ölkə sərhədlərinin fevralın 8-dən 10-dək bağlanmasına və limanların hərbiləşdirilməsinə göstəriş verib.