Ekvadorda ticarət mərkəzinin yaxınlığında partlayış baş veribbackend

Ekvadorun Quayakil şəhərindəki “Mall del Sol” ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.

Hadisə nəticəsində 3 nəfər yaralanıb, onlardan biri dünyasını dəyişib. Xəsarət alanlardan ikisi taksi sürücüsüdür.

Partlayış nəticəsində ticarət mərkəzinin fasadına və park edilmiş avtomobillərə, eləcə də yaxınlıqdakı binalara, o cümlədən Ekvador prezidenti Daniel Noboa ailəsinin sərmayə qoyduğu şirkətlərin ofislərinə ziyan dəyib. Hadisə yerinə bomba zərərsizləşdirmə qrupları və polis gəlib, ətraf mühasirəyə alınıb.