Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin şagirdləri Şəhidlər xiyabanında olubbackend

27 sentyabr – “Anım Günü” münasibətilə, Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov adına Beyləqan şəhər Təbiət və Humanitar Təmayüllü Liseyin ibtidai sinif müəllimləri Əliyeva Sevdayə Hidayət qızı və Balayeva Laura Tahir qızı şagirdlərlə birlikdə Beyləqan rayonunda yerləşən Şəhidlər Xiyabanında olmuş, müqəddəs şəhidlərimizi ziyarət etmişlər.

Şagirdlər əvvəlcə Dövlət Himnini səsləndirmiş, həmçinin, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  Sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləmiş və şəhidlərimizin məzarı üstündə tər gül-çiçək düzmüşlər. Daha sonra müəllimlər ardıcıl olaraq çıxış edərək, Vətən uğrunda canından keçmiş müqəddəs şəhidlərin dərin hörmət və ehtirama layiq olduğunu vurğulamışlar. Müəllimlər, qorxmaz Vətən oğullarının keçdiyi həyat yolunun hər kəsə bir nümunə olmasını qeyd etmiş və igid oğullarımızın hər zaman xüsusi hörmətə layiq olduqlarını vurğulamışlar. O da qeyd olunmuşdur ki, 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, məhz qəhrəman oğullarımızın sayəsində 30 ilə yaxın sürən həsrətə son qoyulmuş, müstəqil Azərbaycan qalib bir ölkə  kimi dünyaya səs salmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçularının rəşadəti sayəsində tarixi Zəfər qazanılmışdır.

Sonda, müqəddəs şəhidlərimizin mübarək ruhlarına dualar edilmişdir. Bununla da ziyarət tədbiri yekunlaşmışdır. Uca Allahın salamı olsun qəhrəman şəhidlərimizə…