Əlcəzair BƏƏ ilə hava əlaqəsi müqaviləsini ləğv edibbackend

Əlcəzairin Algérie Presse Service xəbər agentliyinin məlumatına görə, Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə hava nəqliyyatı müqaviləsinin ləğvi prosesinə başlayıb.

Dərc olunan məlumata görə, Əlcəzair “Əlcəzair Xalq Demokratik Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 13 may 2013-cü ildə Əbu-Dabidə imzalanmış və 30 dekabr 2014-cü il tarixində prezident fərmanı ilə təsdiqlənmiş hava nəqliyyatı müqaviləsinin ləğvi üçün lazımi addımları atıb”.

Agentlik bildirir ki, müqavilənin şərtlərinə uyğun olaraq, Əlcəzair tərəfi diplomatik kanallar vasitəsilə müqavilənin ləğvi barədə BƏƏ-yə məlumat verəcək və həmçinin lazımi rəsmiləşdirmələri yerinə yetirmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibinə məlumat verəcək. Agentlik bu qərarın səbəblərini açıqlamayıb.