Əlcəzair prezidenti Rusiyaya gəlib

RİA Novosti xəbər verir ki, Əlcəzair prezidenti Əbdülməcid Tebbun Rusiyaya dövlət səfərinə gəlib.

Göyərtəsində Əlcəzair liderinin olduğu təyyarə paytaxtın Vnukovo-2 hava limanına enib. Koridorda qonağı fəxri qarovul dəstəsi qarşılayıb.

Bir neçə gün əvvəl ərəb qəzeti olan “Əl-Ərəbi Əl-Cədid” Əbdülməcid Tebbunun iyunun 14-dən 16-dək Rusiyada olacağını yazmışdı. KİV-in məlumatına görə, o, dərin strateji tərəfdaşlıq haqqında sənəd imzalanmazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşmək və ölkələr arasında münasibətləri müzakirə etmək niyyətindədir.

Bundan əvvəl Moskva Ticarət və Sənaye Palatasının Əlcəzairdəki tərəfdaşları ilə xarici iqtisadi əməkdaşlıq komissiyasının sədri Dmitri Şatunov qeyd edib ki, SWIFT-ə alternativ olan Rusiya ödəniş sistemi işə salındıqdan sonra Moskva əhəmiyyətli dərəcədə respublika ilə ticarəti artırmağı düşünür.

Mənbə: RİA Novosti

Related Post