Əlcəzairin Avropa Birliyinə görə itkiləri məlum oldubackend

Əlcəzair Avropa İttifaqı ilə imzaladığı tərəfdaşlıq sazişinə görə hər il milyardlarla dollar itirir. Bu barədə RİA Novosti-yə Umm əl-Buaqi Universitetinin iqtisadiyyat professoru Murad Kavaşi bildirib.

O, Əlcəzairin Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi çərçivəsində “heç nə qazanmadığını”, lakin çox şey itirdiyini vurğulayıb.

“Avropa malları üçün gömrük güzəştləri hesabına hər il milyardlarla dollar itirir”, – ekspert qeyd edib.

Mənbə: RİA NOVOSTİ