Elçin Carçıyevdən şəhid övladlarına dəstək- Fotobackend

“CARÇIOGLU GROUP” MMC-nin rəhbəri Elçin Carçıyev Şəhid Mayor Namiq Əhmədovun övladlarının hazırlıq xərclərini öz üzərinə götürdü.

Elçin Carçıyev Şəhid ailələri, Qarabağ Qaziləri ilə görüş zamanı onlara dəstək olduğunu deyir və öz sözlərini əməli ilə təsdiq edir.

“CARÇIOGLU GROUP” MMC-nin nəzdində fəaliyyət göstərən “GÖYƏZƏN KURSLARI”nın müdiri Taleh Həsənov Namiq Əhmədovun ailəsini ziyarət edib. Şəhidin valideynləri, doğmaları ilə görüş zamanı Taleh Həsənov Elçin Carçıyev tərəfindən atılan xeyirxah addımdan söhbət açıb: “Elçin müəllim mənimlə telefon əlaqəsi saxladı. Şəhidimizin övladlarının hazırlıq xərclərinin GÖYƏZƏN KURSLARI tərəfindən qarşılanacağını bildirdi. Onların yüksək təhsil alması üçün əlimizdən nə kömək gəlirsə etməyə hazırıq”.
Daha sonra Şəhidin məzarı ziyarət olundu.
Allah rəhmət etsin. Məkanı cənnət olsun.

İctimai.az