Elektrik enerjisinin kəsilməsi Qazaxıstanda neft hasilatının azalmasına səbəb ola bilərbackend

Qazaxıstanda elektrik enerjisinin kəsilməsi səbəbindən neft hasilatı azala bilər. Bu barədə TASS Qazaxıstanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Energetika Nazirliyi bəyan edib ki, Manqistau vilayətində neft şirkətlərinin enerji təchizatında yaranan fasilə səbəbindən neft hasilatının azalması qeyd olunub və bu, neft hasilatı üzrə illik proqnozun dəyişməsinə səbəb ola bilər.

İndi 2023-cü il üçün neft hasilatı üzrə proqnoz 90,5 milyon ton və ya planın 99,4 faizini təşkil edir. 2022-ci ildə Qazaxıstanda 84,2 milyon ton neft hasil edilib.

Mənbə: TASS