“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Tbilisidə keçirilən təlim proqramında iştirak etdibackend

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin nümayəndələri Gülnarə Pənahova və Emin Mehdizadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycanda vətəndaş təşəbbüs qruplarının potensialının artırılması” layihəsi çərçivəsində keçirilən “Vətəndaş cəmiyyəti nümayəndələrinin bilik və bacarıqlarının artırılması” proqramının ilk mərhələsində iştirak ediblər.

Layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə dəstəyi ilə Gürcüstanın Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) tərəfindən həyata keçirilmişdir.

Təlim mövzusu

İlk mərhələnin əsas mövzusu “İnkişaf təşəbbüslərinin effektivliyi və dayanıqlılığının əsasları” olub. Bu çərçivədə iştirakçılar aşağıdakı bacarıqları öyrəniblər:

strateji planlaşdırma,

maraqlı tərəflərlə əməkdaşlıq,

effektiv kommunikasiya,

şəffaflıq və hesabatlılıq.

Proqram çərçivəsində həmçinin 3 günlük təlim və yerli QHT-lərə 1 günlük tanışlıq səfəri təşkil olunub.