“Əlilliyə erkən yardım Portec şəbəkəsi “ İctimai Birliyinin sədri görüşdə iştirak edibbackend

“Əlilliyə erkən yardım Portec şəbəkəsi “ İctimai Birliyinin sədri Gülnarə Pənahova 13 noyabr 2024-cü il tarixində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının katiblik funksiyasını həyata keçirən Ümidli Gələcək STİB tərəfindən keçirilən görüşdə iştirak etmişdir. Görüşdə Alyansın inkişafı, uşaq hüquqlarının müdafiəsi, habelə uşaq siyasəti sahəsində milli və beynəlxalq təşəbbüslərin həyata keçirilməsi üzrə mühüm məsələlər müzakirə olunmuşdur.
Həssas təbəqədən olan uşaqların və yeniyetmələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək mümkün fəaliyyətlər barədə müzakirələr aparıldı. Bundan başqa,  ucqar rayonlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, inklüziv təhsilə şərait yaradılması, sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi kimi aktual məsələlər də müzakirə olundu.