Kaliforniyadakı Skripps İnstitutundan olan amerikalı neyrobioloqlar havanın çirklənməsinin beyinə mənfi təsir göstərərək, Alzheimer və autizm kimi xəstəliklərin inkişafına kömək edən mexanizm aşkar ediblər. Havadakı toksinlər beyin hüceyrələrinin qarşılıqlı əlaqə və ünsiyyət qabiliyyətini pozur, nəticədə zərər verir.
Tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunub.
Komanda S-nitrosilasiya kimi tanınan kimyəvi prosesə diqqət yetirib. Azot oksidi ilə əlaqəli molekullar zülallardakı kükürd atomlarına bağlanaraq onların funksiyalarını dəyişdirdikdə baş verir.
Məlum olub ki, S-nitrosilasiya (SNO) yaddaşın formalaşmasında və öyrənilməsində əsas rol oynayan CRTC1 zülalının fəaliyyətini poza bilər.
Tədqiqatın aparıcı müəllifi Stuart Lipton izah etdi: “Axar yanğınları, avtomobil qazı və ya tütün tüstüsündən asılı olmayaraq, havanın çirklənməsi beyində “SNO fırtınası”na səbəb ola biləcək kiçik hissəciklər və molekullar buraxır və hüceyrə zədələnməsinə səbəb olur” dedi.