Elm adamları müəyyən bir genin funksiyasını maneə törətməyin arıqlamaq üçün təsirli olduğunu kəşf etdilərbackend

Kolorado Universitetinin (ABŞ) Tibb fakültəsinin tədqiqatçıları piylənmə ilə mübarizənin yeni üsulunu kəşf ediblər. Məlum oldu ki, HDAC11 fermentini maneə törətmək, yağ hüceyrələrinin enerji istehsal etməsinə və ayrılmasına səbəb olur. Bu barədə EurekAlert məlumat yayıb.

Yağ toxumasının müxtəlif növləri var. Ağ yağ dərinin altında, orqanların ətrafında olur. Müntəzəm olaraq xərclədiyimizdən daha çox kalori qəbul etdiyimiz zaman artıq kalorilər ağ yağ kimi yığılaraq artıq çəki almağımıza səbəb olur. Onun əsas funksiyası aclıq dövründə enerji saxlamaqdır. İnsanların və digər məməlilərin bədənində qəhvəyi yağ var – bu adaptiv termogenez üçün vacib olan xüsusi bir toxuma formasıdır. Ağ yağdan fərqli olaraq, qəhvəyi yağ metabolik aktiv toxumadır, qlükozanı yandırır və bədən üçün yanacağa çevirir.

Alimlər müəyyən ediblər ki, HDAC11 zülalının aktivliyinin azalması piy toxumasının fenotipini dəyişir. Bu o deməkdir ki, ağ yağ qəhvəyi yağın xüsusiyyətlərini alır – bədən istiliyini saxlamaq üçün bədən tərəfindən yandırılmağa başlayır. Tədqiqatçılar artıq siçanlar üzərində təcrübə aparıblar. Nəticələr göstərdi ki, HDAC11-in inhibəsi həqiqətən də ağ yağa metabolik aktiv toxuma xassələrini verir ki, bu da çəki itirmə prosesinə kömək edir.

Mənbə: Lenta.ru