Marsda yenidən sirli piramida “kəşf edilib”, lakin elm adamları əmindirlər ki, söhbət sivilizasiyanın izlərindən yox, geoloji proseslərin qəribə nəticəsindən gedir. Qeyri-adi tikili Kandor Çasma vadisində yerləşir və 20 ildən artıqdır ki, sensasiya axtaranların diqqətini cəlb edir.
Bu barədə ScienceAlert portalı məlumat yayıb.
Obyektin şəkilləri hələ 2001-ci ildə Mars Global Surveyor orbitatoru tərəfindən əldə edilib və 2002-ci ildə müstəqil tədqiqatçı Wilmer Faust diqqəti üçbucaqlı piramidaya bənzəyən struktura çəkib. Son illərdə Marsda süni strukturların mümkün sübutu kimi təqdim edilən şəkillər sosial mediada yayımlandıqdan sonra yenidən viral olub.
Bununla belə, Mars Reconnaissance Orbiter-in göyərtəsindəki HiRISE kamerasının məlumatları da daxil olmaqla daha ətraflı təhlillər göstərir ki, “piramida” eroziya nəticəsində əmələ gələn adi dağdır.















