Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” elmi istehsalat birlikləri ləğv edilib.
İctimai.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Elm və Təhsil Nazirliyi “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.












