Elman Nəsirov kəndlərdə seçicilərlə görüşübbackend

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov qəbul qrafikinə uyğun olaraq, 15 mart 2025-ci il tarixində 72 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Gülməmmədli, Moranlı, Ətcələr, Qarakazımlı, Zərbəli və Şükürlü kəndlərindən olan seçiciləri ilə görüş keçirib.

Seçicilər əsasən sosial məsələlər, məktəb tikintisi və məktəblərin əsaslı təmiri, elektrik enerjisi ilə təminat, kəndlərin qazlaşdırılması, əkinə yararlı torpaq sahələrinin sənədləşdirilməsi və digər əlaqədar məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələbələrinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib.