Elman Rüstəmov Mərkəzi Bankın yeni binasından danışdıbackend

“Mərkəzi Bankın yeni binasının tikintisi onun öz vəsaitləri hesabına həyata keçiriləcək”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bank bunun üçün büdcədən heç bir əlavə vəsait almayıb: “Yeni inzibati binanın inşa olunması 4-5 il ərzində baş tutacaq”.

Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bank son 3 ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə 7,8 milyard manatlıq vəsait köçürüb: “Cari il üçün büdcəyə 250 milyon manat köçürmə planlaşdırılıb”.

“Biz bu il də proqnozlaşdırılan məbləği təmin edəcəyik və bununla da 4 il ərzidə 8 milyard manatdan çox vəsait dövlət büdcəsinə köçürüləcək”,- deyə baş bankir qeyd edib