Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı, o, müvafiq əmr imzalayıb.
Məlumata görə, Elmar Qarayev başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.















