Elmira Mirzəyeva Rusiyada konqressdə çıxış edibbackend

23-24 may 2024-cü il tarixlərində “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Rusiya Səhiyyə Nazirliyinin V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin birgə təşkil etdiyi “Dəyişən dünyada psixi sağlamlıq” konqressinə fəxri qonaq və spiker qismində dəvət edilmişdir.

Konqressdə Elmira Mirzəyeva “yetkinlik yaşına çatmayanların sosial təhlükəli davranışının klinik, psixoloji faktorları” mövzusunda çıxış etmişdir.

Səfər çərçivəsində Elmira Mirzəyeva V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru N.Q.Neznanovla görüşü baş tutub. Görüş çərçivəsində “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzi arasında gələcək əməkdaşlıq planları müzakirə edilib.

Bununla yanaşı, Elmira Mirzəyeva Rusiya Səhiyyə Nazirliyinin V.M.Bexterev adına Psixoterapiya Milli-Tibbi Tədqiqat Mərkəzi İnstitunun rəhbəri, Ümumrusiya Psixoterapiya Assosiasiyasının vitse-prezidenti, professor, tibb elmləri doktoru T.A.Karavayeva ilə görüş zamanı birlikdə görülən və gələcəkdə görüləcək işlər barəsində müzakirələr aparılıb. Daha sonra Elmira Mirzəyeva ilə V.M.Bexterev adına Psixiatriya və Nevrologiya Milli Tibbi Tədqiqat Mərkəzinin direktor müavini, psixoterapiya və tibbi psixologiya kafedrasının müdiri, tibb elmləri doktoru A.V. Vasilyeva arasında görüş keçirilib.