Amerikalı milyarder İlon Maskın “Almaniya üçün Alternativ” partiyası haqqında sosial şəbəkələrdə yazı yazaraq dəstək verməsi böyük qalmaqala səbəb olub.
Bu barədə “Vzqlyad” qəzeti yazır.
“Yalnız AfD Almaniyanı xilas edə bilər” deyə iş adamı X səhifəsində yazıb.
Jurnalistlər qeyd edirlər ki, Maskın sözləri diqqətdən kənarda qala bilməzdi, çünki o, son vaxtlar siyasi aləmdə, xüsusən də ABŞ-ın seçilmiş prezidenti Donald Trampı dəstəkləməklə böyük nüfuz qazanıb.
Avropa mediası yazır ki, Brüssel Muskdan “qisas almaq” niyyətindədir, çünki onun Avropa Birliyinin “ürəyində” – Almaniyada keçirilən seçkilərə müdaxilə etdiyinə inanırlar.