Elon Mask Twitter-də SMS vasitəsilə iki faktorlu avtorizasiya ödəyəcəkbackend

20 mart 2023-cü il tarixindən etibarən Twitter-də SMS vasitəsilə iki faktorlu autentifikasiya (2FA) yalnız Android-də ayda 8 dollar, iOS-da isə ayda 11 dollar olan ödənişli Twitter Blue abunəsinin istifadəçiləri üçün əlçatan olacaq.

Bu barədə “The Verge” məlumat yayıb. Fiziki təhlükəsizlik açarından istifadə kimi digər 2FA üsulları pulsuz olaraq qalacaq.

Twitter dörd il əvvəl şirkətin o zamankı rəhbəri Cek Dorsinin hesabının sındırılması ilə bağlı baş vermiş hadisəyə istinad edərək, SMS vasitəsilə 2FA-nın şəxsiyyəti yoxlamaq üçün o qədər də etibarlı üsul olmadığını söyləməklə öz qərarını əsaslandırır.

Hakerlər Dorsinin SİM kartını klonlayıb və SMS vasitəsilə 2FA-dan yan keçiblər.

Mənbə: Gazeta.ru

İctimai.az