Elon Musk Vaşinqtonu Ukraynaya yardıma xərclədiyi barədə hesabat verməyə çağırıbbackend

Amerikalı iş adamı, milyarder İlon Mask ABŞ hakimiyyətini Vaşinqtonun Ukraynaya ayırdığı yardımın xərclənməsi ilə bağlı məlumat dərc etməyə çağırıb. O, bu barədə özünün “Twitter” hesabında ABŞ-ın Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlamağı planlaşdırdığı xəbərini şərh edərkən yazıb.

“İctimaiyyət pulun nəyə xərcləndiyini bilsəydi, yaxşı olardı” dedi Mask.

Qeyd edək ki, daha əvvəl “Twitter”in sahibi ABŞ-ın Ukraynaya kassetli sursat göndərmək qərarına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya göndərmək üçün normal döyüş sursatları tükənib, ona görə də indi Vaşinqton “nəticəni dəyişmədən özünü alçaldan, çarəsizlikdən” kaset bombaları göndərir.

Mənbə: Lenta.ru