Elşən Gəncəvi “Türkiye Gençlik Ödülleri – 2020” Mükafatına layiq görülübbackend

İctimai.az xəbər verir ki, Azərbaycanda “Türkiye Gençlik Ödülleri – 2020” sahiblərinə təqdim edilib. Öz sahəsində uğur qazanmış və fərqlənən şəxslər təşkilat komitəsi tərəfindən mükafatlandırılıblar.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “Türkiye Gençlik Ödülleri – 2020” Mükafatına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun (AMV Group) direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisidir. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir.

Müxtəlif media qurumlarında ictimai və sosial mövzularda müəllif yazıları yazır.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İctimai.az