Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manatlıq qızıl-zinət əşyaları ələ keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, müğənni ilə birgə daha 30 nəfər də eyni formada aldadılıb.
İş üzrə iki nəfər- lombardın rəhbəri Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərli polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, ikisi də həbs olunub.
İttiham aktının materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər müştərilərin lombarda qoyduqları qızıl-zinət əşyalarını geri qaytarmayıblar. Zərərçəkənlər götürdükləri pulu ödəyib əşyalarını istəyəndə onlara hər dəfə “başqa vaxt gəlib götürərsiniz”, – cavabı verilib. Amma “başqa vaxt” gəlib çatmayıb. Nəticədə müştərilərin hamısı polisə üz tutublar.
İstintaqla müəyyən edilib ki, bu dələduzluq nəticəsində zərərçəkənlər milyonlarla manat dəyəri olan əmlak itiriblər.