Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Əməkdar artistin həkimi Lamiyə Həsənova deyib.
O qeyd edib ki, artıq 10 gündür ki, Vahid Əliyev “Kəpəz” hospitalında müalicə alır:
“Sənətkarın vəziyyəti sabit orta ağır olaraq qalır. Şükür, salamatdır, vəziyyəti stabildir, həkim nəzarəti altındadır və müalicə prosesi davam edir”.
Xatırladaq ki, Vahid Əliyev 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.